Menu

"Bu, Suriya ərazisinin işğalı deməkdir" - Puşkov

08.09.2018, 20:32
"Bu, Suriya ərazisinin işğalı deməkdir" - Puşkov

"ABŞ-ın rəhbərliyi altında Suriyada keçirilən hərbi təlimlər qeyri-qanunidir".

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb. Onun sözlərinə görə, bu təlimlər Suriya ərazisinin bir hissəsinin faktiki işğalı deməkdir:

“Beynəlxalq hüquq baxımından Suriyadakı ABŞ qüvvələri işğalçı qoşunlarıdır. ABŞ burada nə baza, nə də hərbi kontingent saxlamaq haqqına sahibdir”.

Qeyd edək ki, ABŞ dünən Suriyanın Ət Tanf bölgəsində hərbi təlimə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol