Menu

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalına zərbələr endirib

09.09.2018, 00:12
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalına zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalına zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri PKK terrorçularının İraqın şimalında, Hakurk regionundakı mövqelərinə endirilib. Nəticədə Türkiyənin sərhəd zastavasına hücuma hazırlaşan 3 terrorçu məhv edilib.

1984-cü ildə meydana çıxan PKK terrorçuları Türkiyə vətəndaşlarına və dövlət orqanlarına qarşı terror aktları, hücumlar təşkil edirlər. Məqsəd bu ölkədə sabitliyi pozmaq və Türkiyəni parçalamaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol