Əvvəla mahnının sözlərində keçən "səni deyirlər" həştəqi ugurlu seçimdir. Adətən bu deyimi bir mövzunu üzərinə almayanda, etinasız yanaşanda əlaqadar şəxsə deyirik.
Kult.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, mahnıda Urmu gölünün qurudulduğu açıqca və mahnının bütünlüyünü pozmayacaq formada bildirilməkdədir:
“Bu mesaj mənə həm İranda məqsədyönlü bir ekoloji fəlakəti, həm də Güney Milli Hərakatının bu istiqamətdəki fəaliyyətini xatırladır. Mahnı Urmu gölü fəlakətini daha geniş xalq kütlələrinə yayma imkanı verir, eyni zamanda, Urmunun (Urmiya) gözəlliyini vəsf edir və Azərbaycana aid olduğunu xatırladır. Urmu şəhəri üzərində rejimin və PJAK-ın təhlükəli planları və atdığı adımlar nəzərə aldınarsa, bu məqam diqqətəlayiqdir”.
N.Cəfərsoy qeyd edib ki, “Yaşasın Azərbaycan ölkəmiz” mesajı da həm Guneydə, həm də Quzeydə kifayət qədər aktualdır:
“Mahnının bayağılığına dair tənqidlərə gəldikdə isə nəzərə alınmalıdır ki, bu, geniş kütlələrə xitab edən şən mahnıdır. Bizim güneyli və quzeyli kütlələrdə toyun önəmini nəzərə alsaq, hədəf kütləyə yetərincə xitabət edir".
N.Cəfərsoy vurğulayıb ki, bir millət olmanın ən mühüm məqamlarından biri eyni formada hiss etməkdir:
"Bu mahnı güneyli və quzeyli insanlarımızın, qısa zaman aralığında da olsa, eyni cür hiss etməsinə imkanı verməkdədir. Bəziləri bunu trendə uymaq adına da etsə, belə bir müvəqqəti trendin varlığı və buna qoşulma ehtiyacı hiss etmələrinin özü mühüm məqamdır”.
N.Cəfərsoyun sözlərinə görə, mahnı, xüsusən Quzeydə əvvəlki populyarlığını itirən Guney Azerbaycan mövzusuna yenidən diqqəti cəlb etmək baxımından önəmlidir:
“Ayrıca Türkiyədə Guney məsələsinə şübhə ilə yanaşanlara da Guney Azərbaycanda milli hərəkatı bir daha xatırladır. Son olaraq, bu mahnı Güney Azərbaycan həssaslığının və Bütöv Azərbaycan hədəfinin az da olsa canlanmasına xidmət etmə imkanı verir. Son olaraq, bu mahnı bizim problemlərimizi həll etmir, ancaq anlamaq və real iş görmək istəyənlərə yetərincə mesaj verir".


Şərhlər
"SƏNİ DEYİRLƏR" XOŞ MƏRAMLI BİR HƏRƏKATDIR.HƏR İKİ AZƏRBAYCANDA BU HƏRAKATI GÜCLƏNDİRMƏK LAZIMDIR. SON 200 İLDƏ İLK DƏFƏDİR Kİ,XALQ BİRLİK NÜMAYİŞ ETDİRİR.ALLAH XEYİRƏ CALASIN.
Bu fəlsəfə "doktoru" görəsən fəlsəfənin nə olduğunu bilir?İlin bu çağında ölkəmizin həll olunmasını gözləyən bir sıra mürəkkəb problemlər olduğunu lakin bu sahədə əməli iş görülmədiyini bildiyi halda (ziyalı bunu görməli və bilməlidir ) ölkəmiz üçün 4-5-ci əhəmiyyətli işlə məşğul olmaq istəməsi nə deməkdir? Nİyə özünü ziyalı hesab edən adam vacib problemlərə biganə baxmalı,baş girləməklə məşğul olmalıdır?Çünki indi mahnı vaxtı yox,problemlərə doğru yanaşıb həll yollarını tapmaq zamanıdır.