Menu

Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

09.09.2018, 10:30
Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Abxaziyanın baş naziri Gennadi Qaquliya yol qəzasında dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV respublika hökumətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qəza Abxaziyada Myusser postu ərazisində qeydə alınıb. İlkin məlumata görə, baş nazir xəstəxanada keçinib. Başqa heç kimin xəsarət almadığı bildirilir.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Xatırladaq ki, 71 yaşlı G.Qaquliya 1995-1997 və 2002-2003-cü illərdə Abxaziyanın baş naziri olub. Bu ilin 25 aprelindən o, yenidən həmin vəzifəni icra etməyə başlamışdı.

Şərhlər

Abit 2018-09-09 10:30:22

Getdi yal aşağı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol