"Putin Ərdoğanla müzakirələri davam etdirəcək" - Peskov

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Daha öncə Ərdoğan bəyan etmişdi ki, sentyabrın sonunda baş tutacaq Almaniya səfərindən sonra Putinlə görüşməyə hazırdır. “Aramızda fikir ayrılığı mövcuddur və biz bunu XİN, MN, kəşfiyyat rəhbərliyi səviyyəsində müzakirə edirik”, – Ərdoğan deyib.

Qeyd edək ki, iki dövlət başçısının sonuncu görüşü Tehranda baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar