Menu

Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb

11.09.2018, 09:29
Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan yeni görüş təklifi ilə bağlı məktub alıb.

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktub "mehriban" və "isti" (münasibətlər nəzərdə tutulur - red) olub.

Sanders əlavə edib ki, ABŞ yeni görüşün keçirilməsinə açıqdır. Hazırda iki tərəf arasında bununla bağlı danışıqlar aparılır.

"Məktubun (Kim Çen Inın məktubu- red) əsas məqsədi prezidentlə (Donald Tramp-red) daha bir görüşün planlaşdırılmasını təklif etməkdir. Biz ona hazırıq", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol