Menu

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

11.09.2018, 12:11
Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib."Report" xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Nelli Veysova təyin edilib.

N.Veysova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.

Şərhlər

Mirzə AĞ 2018-09-11 12:11:29

Ayə, amandı, Arturu da qaytarın "öz yeri"nə!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol