Menu

Paytaxt sakini 6,5 kiloqramdan çox marixuana ilə tutulub

11.09.2018, 14:25
Paytaxt sakini 6,5 kiloqramdan çox marixuana ilə tutulub

Bakı şəhər sakini avtomobilində 6,5 kiloqramdan çox marixuana ilə tutulub.

"Report" Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülüb.

Onun “Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol