Menu

İran sentrifuqa istehsalına başladı! - Uranı zənginləşdirmək üçün

11.09.2018, 17:50
İran sentrifuqa istehsalına başladı!  - Uranı zənginləşdirmək üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İranda uran zənginləşdirmək üçün sentrifuqa istehsal edən sex açılıb.

Bu barədə ölkənin Atom enerjisi üzrə təklilatının başçısı Əli Əkbər Salehi xəbər verib.

Qeyd olunur ki, sex müasir avadanlıqlarla təchiz olunub və ölkənin ali lideri Əli Xameneinin göstərişi ilə işə salınıb.

Salehi qeyd edib ki, sexin açılışı Birgə hərtərəfli fəaliyyət planı çərçivəsinə (BHFP) uyğundur.

O, həm də qeyd edib ki, İran BHFP üzrə öhdəliklərin fəaliyyətinin bir hissəsini dayandıra bilər, o cümlədən, uranın həcmi və zənginləşdirmə səviyyəsi üzrə və hətta onun iqtisadi maraqları tam halında təmin olunmayacağı təqdirdə, sazişdən çıxa da bilər.

Bununla yanaşı, Salehi ümid etdiyini bildirib ki, belə ssenari heç vaxt reallaşa bilməz.

Təşkilat rəhbəri xəbər verib ki, İranlı mütəxəssislər Tehran nüvə reaktorunu tam bərpa ediblər və İran onun möhkəmləndirilməsi məqsədilə Avropa ölkələrindən biri ilə kontrakt imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol