Menu

Ruslar alkoqol səbəbindən daha az ölməyə başlayıblar

11.09.2018, 19:14
Ruslar alkoqol səbəbindən daha az ölməyə başlayıblar

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyinin təmsilçisi Yevqeni Bryun rusların özlərinin belə çətinliklə inana biləcəyi maraqlı statistika açıqlayıb. Onun dediyinə görə, ölkə əhalisinin hər 100 min nəfərinə düşən alkoqolik sayı il-ildən azalmağa başlayıb.

Y.Bryun alkoqolizmdən əziyyət çəkən rusların böyük əksəriyyətinin 20-60 yaş arasındakı əmək qabiliyyətli insanlardır. Nazirlik təmsilçisi həmçinin qeyd edib ki, Moskva şəhəri üzrə vəziyyət regionlara nisbətdə daha yaxşıdır. Belə ki, paytaxtda alkoqolizm səbəbindən ölənlərin sayı əvvəlki dövrlə müqayisədə iki dəfə azaldığı halda, regionlarda bu göstərici demək olar ki, dəyişməz qalır.

20-60 yaş arasındakı əmək qabiliyyətli və sosial aktiv əhali arasında alkoqolizm xəstəliyinə tutulanların sayı isə 30 faizədək azalıb. Bununla yanaşı, o da qeyd olunur ki, bu və digər xəstəlikdən əziyyət çəkən rusların cəmi 16 faizi həmin xəstəliklərə alkoqol qəbulu səbəbindən düçar olublar. Narkotikdən istifadə edənlərdə isə bu göstərici 6 faizdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol