Menu

Levon Ter-Petrosyan da istintaqa çağrılacaq

12.09.2018, 00:39
Levon Ter-Petrosyan da istintaqa çağrılacaq

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da 1 mart 2008-ci il hadisələri ilə əlaqədar istintaqa dəvət olunacaq. Musavat.com xəbər verir ki, bununla bağlı 11 sentyabrda jurnalistlərin suallarını cavablandıran Xüsusi istintaq komitəsinin rəhbəri Sasun Xaçatryan deyib. Ek-prezidentin nə zaman sorğu-suala çağırılacağına gəldikdə, xidmət rəhbəri bunu dəqiqləşdirməyib. “O, nə vaxt və hansı statusda çağrılacaq, bunu istintaqı aparan qurum müəyyənləşdirəcək”-Xaçatryan deyib.

Qeyd edək ki, 10 nəfərin ölümünə səbəb olan qanlı hadisələrlə bağlı artıq iki prezident – Serj Sərkisyan və Robert Köçəryanın başı üzərində qara buludlar dolaşır. R.Köçəryan həbsdən canını qurtarsa da, ölkədən çıxışına qadağa qoyulub, S.Sərkisyanı isə son dəfə Qarabağda, anasının yanında “görüblər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol