Menu

İranın Bəsrədəki konsulluğu yeni binada fəaliyyətini bərpa edib

11.09.2018, 21:54
İranın Bəsrədəki konsulluğu yeni binada fəaliyyətini bərpa edib

İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu fəaliyyətini yeni binada bərpa edib.

“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimiyə istinadən ISNA yazıb.

Diplomatın sözlərinə görə, konsulluğun əvvəlki binası nümayişçilər tərəfindən yandırıldıqdan sonra diplomatik nümayəndəlik üçün yeni bina seçilib.

Agentliyin məlumatına görə, İran tərəfi köhnə binanı icarəyə götürmüşdü və onun üzərində mülkiyyət hüququ yox idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol