Menu

"Brent" markalı neftin qiyməti 80 dolları ötüb

12.09.2018, 19:30
"Brent" markalı neftin qiyməti 80 dolları ötüb

"Brent" markalı neftin qiyməti 80 dollar/bareli ötüb.

“Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, artım cari il mayın 22-dən ilk dəfədir qeydə alınıb.

Belə ki, "Brent" markalı neftin noyabrda qeyd olunan fyuçersləri 1,12 faiz artaraq 80,11 ABŞ dolları/barrel səviyyəsinədək bahalaşıb.

Eyni zamanda WTI markalı neftin oktyabr fyuçersləri 2,31 faiz artaraq 70,85 dollar/barel həddinə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol