Menu

Türkiyədə uçot dərəcəsi 24%-ə çatdırılıb

13.09.2018, 15:22
Türkiyədə uçot dərəcəsi 24%-ə çatdırılıb

Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılmasına qərar verilib.

Qərardan sonra türk lirəsi digər xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında bahalaşıb. TRY/USD nisbəti 6,41-dən 6,03-ə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol