Menu

Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var

16.09.2018, 00:06
Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosu xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hazırda soyadı məlum olmayan Güldəstə adlı qadın hadisə nəticəsində ölüb. Maşının sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol