Menu

«Rusiya ordusu USQ-ni məhv edər - sərhədi keçmədən...» - Putinin etibarlı adamı

16.09.2018, 01:07
«Rusiya ordusu USQ-ni məhv edər - sərhədi keçmədən...» - Putinin etibarlı adamı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, hərbi şərhçi, ehtiyatda olan polkovnik, Prezident seçkilərində (2012 və 2018-ci illər) Vladimir Putinin etibarlı adamı olmuş Viktor Baranets «Komsomolskaya pravda» radiosunun efirindən bəyan edib ki, Kiyevin DXR və LXR-a hücum edəcəyi təqdirdə, Rusiya ordusu Donbas və Luqansk ərazilərinə daxil olmadan, ümumiyyətlə, sərhədi keçmədən Ukrayna silahlı qüvvələrini (USQ) məhv etmək qabiliyyətindədir.

«Əlbəttə, Rusiyanan necə hərəkət edəcəyini yalnız Baş qərargah, müdafiə naziri və Prezident bilir. Mən, düşünürəm ki, əgər Donbasın dinc əhalisini məhv etməyə başlasalar, Rusiya məsələyə qarışmaya bilməz» - deyə, Baranets radio dinləyicisinin efirə etdiyi zəngə çavab verərkən bəyan edib.

«Ukrayna silahlı qüvvələri iki od arasında qala bilər: bir tərəfdən Donbas Respublikasının ordusu, digər tərəfdən Rusiya ordusu olacaq və müəyyən bölmələri məhv etmək üçün ona heç sərhədi keçmək lazım da gəlməyəcək» - deyə, ekspert əlavə edib.

«Bizim ordu əmri yerinə yetirəcək. «Dayan» - deyəcəklər, dayanacaq, «vur onu» deyəcəklər - vuracaq» - deyə, aparıcı Mixail Timoşenko səsləndirib.

Şərhlər

t.ədalət 2018-09-16 01:07:59

Bəşəriyyət insanlığın qorunması üçün düşünürkən Rusiya yenə də xain təfəkkürü ilə yaşayır.Belə bir dövlət nəhayətdə məhvə məhkumdur.Ancaq özünün məhvi ilə bərabər,əlbəttə insanların faciəsinə də səbəb olacaq.Ötən müddət ərzində Rusiyanın mükafatlandırdığı adamlar da eybəcər dünya görüşünə malik olanlardır.Biz Rus ideologiyasından xəyanət,intiriqa,bədbəxtçilik törətmə və qətl-qırğınlar öyrəndik.Təəssüflər olsun ki,bizim "məşhurlarımız"da bu keyfiyyətlərinə görə Rusiyanın təltiflərinə layiq olublar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol