PREZİDENTİN OĞLU AND İÇDİ... - Heydər Əliyev hərbi xidmətə başlayıb + FOTOLAR/VIDEO

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.

Prezident İlham Əliyev şəxsi heyəti salamlayıb.

Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənib.

Daha sonra gənc əsgərlər and içiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək deyib: "Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram".

Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçib.

Gənc əsgərlərin andiçmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

***

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Prezident və ailəsinin andiçmə mərasimindəki iştirakı haqda telesujetlərdən belə məlum olub ki, and içən gənc əsgərlər arasında Prezidentin oğlu Heydər Əliyev də olub. O, iyul çağırışı ilə hərbi xidmətə başlayıb.

635x100

Şərhlər

validə İsayeva Ömər qızı 2018-09-16 14:42:20

Allah qorusun

azəri 2018-09-16 14:42:20

https://www.youtube.com/watch?v=8xLpAa4E3zU https://www.youtube.com/watch?v=8xLpAa4E3zU Qanımızı içən torpaqlarımızı alan əbədi düşmən düşmən bizim hisslərimizlə oynayır.

vətəndaş 2018-09-16 14:42:20

Allah bütün oğullarımızı qorusun Heydərlə bahəm. Xidməti sağlıqla başa vurub evinə dönsünlər. Analar gözüyaşlı qalmasın. Mehriban xanım göz yaşlarını güclə saxladı. Allahın verdiyi oğul payına min şükür.

Semed 2018-09-16 14:42:20

ALLAH butun esgerlerimizi qorusun.AMIN.Genc HEYDERE herbi xidmetde uqurlar arzu edirem.

Səbuhi 2018-09-16 14:42:20

Allah bütün əsgər və zabitlərimizi qorusun Amin

2-ci HEYDƏR - İlham Əliyevin oğlu belə and içdi (V 2018-09-16 14:42:20

https://www.youtube.com/watch?time_continue=48&v=VdrkrPLlolM XÜSUSİ QEYD: ANDİÇMƏ TƏDBİRİ HƏRBİ NİZAMNAMƏYƏ UYĞUN NÜMUNƏVİ TƏŞKİL OLUNMUŞDUR VƏ HEYDƏR İLHAMOĞLU ƏLİYEV ƏSGƏR KİMİ ANDİÇMƏSİ VƏ HƏRBİ XİDMƏTİ XÜSUSİ SOSİAL İCTİMAİ-SİYASİ NÜMUNƏVİ XARAKTER DAŞIYIR! DTX HƏRBİ HİSSƏSİNDƏ TƏNTƏNLİ ANDİÇMƏ TƏDBİRİ AZƏRBAYCAN DÖVLƏTİNİN NİZAMİ ORDUSUNUN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAFININ REAL TƏZAHÜRÜDÜR!

Redaktor 2018-09-16 14:42:20

Uxurlar olsun. Sozun esl menasinda xalqa cox boyuk hormet ve etimatdi. Ele idare reisleri var ki ovladlari xaricde herbiden yYinaraq kefdedi. Cemi balalarimiz salamat olsun.

Son yazılar