Menu

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

16.09.2018, 19:05
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Məhərrəmov Hakim Ələddin oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol