Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran 9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib. Azxəbər.com xəbər verir ki, Araz Musayev Türk liderlərinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayıb. O bildirib ki, bu onun çoxdankı arzusu imiş:
"Şəhərin 15 yerində qurban kəsərək, ehtiyacı olan insanlara payladıq. Ardınca "Təzəpir” məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq. Onların birliyi bizim qarantımızdır.
A.Musayev qeyd edib ki, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur: "Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik”.
Qeyd edək ki, dünən "Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.


Şərhlər
ALLAHdan başqa heçkimin şərəfinə QURBAN kəsilməz.QURBAN yalnız QURBAN bayramında kəsilir.Sonradan kəsilib paylanan sədəqədir.ALLAHın adından başqa,kiminsə,adına, şərəfinə kəsilmiş heyvanın əti HARAMDIR.
.... adini basqa sey qoysaydiniz daha mentiqli olardi...
İndi gərək Putinə 200 qoyun kəsilə .........
.Allah kesdiyin qurbanlari qebul etsin. Amin.
Millətini xalqını sevən oğul bunu qurban bayramında edərdi. Xanış kişi də kəsirdi............ Bu ona görə belədir ki uşaqlara hələ məktəbə ayaq basanda dərs yox yaltaqlığı, rüşvət verməyi,dilənçiliyi və başqa mənəviyyatsız əlamətləri öyrədirlər.
.... Özünü reklam eləyir. Dəhşət! Əlbəttə ki belə insanlar olduqca millət qabağa getməyəcək. Bu şərhi versəniz də sağ olun, verməsəniz də.