"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ölkənin Primorsk vilayətinində keçirilən qubernator seçkiləri böyük siyasi qalmaqala səbəb olub. Qubernator vəzifəsini müvəqqəti icra edən hakim partiyanın nümayəndəsi Andrey Tarasenko ilə kommunistlərin namizədi Andrey İşşenko arasında gedən gərgin mübarizə Rusiya MSK-sını və onun sədri Ella Panfilovanı çox çətin və çıxılmaz duruma salıb.
Qeyd edək ki, artıq sözügedən namizədlər ikinci dəfədir üz-üzə gəlirlər. Belə ki, birinci turda qalibi müəyyən etmək mümkün olmayıb. İkinci turun gedişində və ondan sonra isə tərəflər bir-birini seçki saxtakarlığında, protokollara müdaxilə etməkdə günahlandırıblar. Seçkinin əvvəlində hakim partiyanın təmsilçisi rəqibini 30 faizədək üstələdiyi halda, səslərin yarısı sayıldıqdan sonra məlum olub ki, artıq kommunist namizəd rəqibini 7 faizlik fərqlə geridə qoyur.
Sonadək çox gərgin şəraitdə keçən mübarizə onunla bitib ki, MSK-nın açıqladığı nəticələr həm seçicilərin böyük əksəriyyəti, həm də kommunist namizəd tərəfindən kəskin etirazla qarşılanıb. MSK səslərin 100 faizinin sayılmasından sonra A.Tarasenkonun 49.55, kommunist A.İşşenkonun isə 48.06 faiz səs topladığını bəyan edib.

Lakin İşşenkonun seçki qərargahı vilayət seçki komissiyasına saxtakarlıqlarla bağlı ciddi faktlar təqdim edə bilib. Bundan sonra 13 məntəqədə seçkinin nəticələri etibarsız sayılıb. Ancaq etirazlar bununla səngiməyib və MSK məsələyə qarışaraq, "taym-aut götürdüyünü" bəyan edib. Qurum bildirib ki, hər iki tərəfin şikayətləri araşdırılandan sonra qərar veriləcək. Araşdırmalar isə ortaya çıxarıb ki, 25 minə yaxın səs saxtalaşdırılıb və bu rəqəm seçkinin nəticələrinə ciddi təsir göstərib. Bundan öncə isə kommunist namizəd aclıq elan edib, vilayətdə etiraz aksiyaları başlayıb. Nəticədə MSK geri addım atmalı olub və vilayət seçki komissiyasına nəticələri ləğv edərək, üçüncü tur keçirməyi tövsiyə edib.
Əsl siyasi qalmaqala çevrilən hadisə ilə bağlı mətbuat konfransı keçirən MSK sədri Ella Panfilova isə jurnalistlərin suallarına cavab verərkən ağlayaraq, "peşka olmadığını" , müstəqil mövqeyə malik olduğunu söyləyib. Onun bu sözlərinə kimsənin inandığını söyləmək isə çətindir. Sonda Panfilova deyib ki, prezident hər şeydən xəbərdardır və MSK-nın üçüncü turun keçirilməsilə bağlı təklifini dəstəkləyir.

Lakin kommunist namizəd daha bir turun keçirilməsinin əleyhinə olduğunu bildirərək, onun qələbəsinin tanınmasını tələb edib. Və son qərarın kommunistlərin lideri Gennadi Zyuqanovla məsləhətləşmədən sonra verəcəyini deyib.
A.Tarasenko isə ziddiyyətli mövqe ortaya qoyaraq, əvvəlcə üçüncü turda iştirak etməyəcəyini və ikinci turun rəsmi nəticələrinin tanınmalı olduğunu bildirib. Az sonra isə fikrini dəyişərək, növbəti tura qatılacağını söyləyib.
Bir sözlə, heç zaman seçki şəffaflığı sarıdan dünya lideri olmayan və nümunə göstərilməyən Rusiya növbəti dəfə öz "imicini" qorumaqdadır. Primorsk vilayətindəki seçkilərdə baş verənlər eyni zamanda, hətta MSK sədri kimi yüksək əhəmiyyətli postu tutan şəxsin belə, kimlərinsə buyruq qulu olaraq, saxtakarlığa qol qoyanda necə rəzil hala düşdüyünü bir daha üzə çıxardı...


Şərhlər
ELƏ BU ZAMAN MƏZAHİR MÜƏLLİM "SUPER MAN"QİYAFƏTİNDƏ ÖZÜNÜ ORA YETİRİB,HƏR ŞEYİ YOLUNA "QOYDU".
Belə çətin işlərin öhtəsindən yalnız Məzahir müəllim gələ bilər, göndərin gedib hər şeyi yoluna qoysun. Halaldı ona, necə deyərlər kişinin belə işlərdə anoloqu yoxdur.
EWWI,XAHIW EDIN,MEZINI TRANSFER EDEK,ANALOQU OLMAYAN SECKI TEWKIL ETSIN,EJDER OL CANI
SSRİdən sonra Qarabagın(Şərqi Moldova, Abxazia, Oseia) işgalı və уeni MDB adı isтisna olmaqla demək olar ki, heç bir siуasi dəуişiklik baş verməуib. Düzü, SSRİnin ümumi mülkünə şəxsi sahiblənmə də baş verib. 2ci Düna müharibəsini nəzərə almasaq, Leninin müvəqqəтi "Ərzaq Sapalagı"ndan 40 il sonra Xruşovun "Sovxoz"larından qeуri, bu günə qədər heç bir icтimai faуdalı Siуasi-İqтisadi islahaт qəbul edilməуib!? Parтokraтlar da Monarx şahlıqda qalmaqdadır? RF ümidi Zуuqanov da seçkidə geri çəkildiə.
Post Sovet məkanında secki saxtakarlığı eynidir və Rusiyadan təlimatlandırılır.Çoxpartiyalı sistemin gücü bundadır ki, hakimiyyət 100% seçkilərə ağalıq edə bilmir. Bu sahədə Putin bizə uduzur.Ləğv et proporsianal seçki sistemini vəssalam....İstədiyinə Panfilova ağlamadan protokol yazsin.