Menu

Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib

19.09.2018, 21:23
Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib

 "Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar". “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio “Business İnsider” nəşrinə açıqlamasında bildirib.

"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol