Menu

Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

21.09.2018, 22:18
Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı sentyabrın 23-27-də BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.

R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək.

Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol