«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo hesab edir ki, Rusiyadan «nə Ukraynada, nə də Suriyada bir fayda yoxdur».
«Bu, çox məyusedicidir, nədən ki, çoxsaylı aspektlər var ki, orada bizim maraqlarımız üst-üstə düşür» - deyə, Pomeo «NBC News» telekanalına müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiya «dəyəri»nə görə, göstərilən iki ölkəyə münasibətdə ABŞ-dan əhəmiyyətli dərəcədə fərqlənir.
Eyni zamanda, Dövlət Departamenti başçısının sözlərinə görə, «dünyada elə bölgələr var ki, orada ABŞ və Rusiyanın maraqları kəsişir».
Pompeo xatırladıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru postunda olarkən, Rusiya ilə sıx əməkdaşlıq edib. O, bildirib ki, qarşılıqlı fəaliyyət antiterror məsələsinə yönəlik həyata keçirilib.


Şərhlər