Menu

Qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq

26.09.2018, 13:30
Qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək.

Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol