Menu

"Həmsədrlər Ermənistana təzyiqi artırmalıdır" - Azərbaycanın XİN 

26.09.2018, 17:42
"Həmsədrlər Ermənistana təzyiqi artırmalıdır" - Azərbaycanın XİN 

"Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir".

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən çəkinmir, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur".

Nazir müavini vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol