Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) heç bir dəstək göstərməyəcək, çünki onun «yurisdiksiyası, legitimliyi və hakimiyyəti yoxdur».
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, sentyabrın 25-də BMT BM-nin 73-cü sessiyasında çıxışı zamanı bu bəyanatı ABŞ-ın Prezidenti Donald Tramp səsləndirib.
O, bildirib ki, ABŞ qloballaşma ideologiyasını tanımaqdan imtina edir.
«Amerikanı amerikalılar idarə edirlər. Biz, qloballaşma ideologiyasını rədd edirik və patriotizm doktrinasını tətbiq edirik. Dünyanın hər yerində məsul xalqlar suverenliyə qarşı yönəlmiş təhlükələrdən qorunmalıdırlar - bu zaman, nəinki dünya hökumətləri tərəfindən qaynaqlanan təhlükələrdən, həm də məcburetmənin və dominatlığın digər formalarından...» - Tramp bəyan edib.
Bunları nəzərə alaraq, Tramp təsdiqləyib ki, ABŞ Beynəlxalq cinayət məhkəməminə hər-hansı dəstək göstərməyəcək.
«Amerikanın fikrincə, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası, legitimliyi və hakimiyyəti yoxdur. O, bütün dövlətlərin vətəndaşları üzərində demək olar, tam yurisdiksiya əldə etməyə çalışır və ədalət, məhkəmə və məqbul proseslər kimi prinsipləri pozur» - deyə, ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, ABŞ «heç vaxt seçilməmiş, hesabat altında olmayan qlobal bürokratiya xatirinə öz suverenliyindən imtina etməyəcək».


Şərhlər