«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Küveytdəki «Petriot» hava-hücumundan müdafiə (HHM) kompleksi batareyalarının bir hissəsini ölkədən çıxartmaq barədə qərarını Küveyt hərbçiləri ilə razılaşdırıb. Bu barədə, Küveyt silahlı qüvvələri Baş qərargahının çərşənbə günü yaydığı bəyanatında söhbət açılır.
Bundanəvvəl, «The Wall Street Journal» qəzeti Pentaqondakı mənbələrə istinadla, xəbər verib ki, ABŞ ərəb ölkələrində yerləşdirmiş olduğu raket əleyhinə və hava hücumundan müdafiə komplekslərinin bir hissəsini çıxardır ki, səyləri digər təhdidlərlə (məsələn, Çin və Rusiyadan qaynaqlanan təhdidlər) koordinasiya etsin. Nəşrin məlumatına görə, «Petriot» raket əleyhinə müdafiə kompleksinin 4 batareyası oktyabrda İordaniyadan, Küveytdən və Bəhreyndən çıxardılacaq.
«ABŞ-ın bu qərarı Küveyt ordusu ilə koordinasiya şəraitində qəbul olunub. Küveytdə qurulmuş raket sistemi müstəqil rejimdə Küveytin coğrafi sərhədlərini tam əhatə edir və qoruyur» - xəbərdə belə deyilir.
Bununla bərabər, Küveyt silahlı qvvələri Baş qərargahı ABŞ-ın bu fəaliyyətini «yorucu» adlandırıb.


Şərhlər