Menu

Tereza Meyi istefaya çağırdılar! - «Brekzit»-ə görə...

27.09.2018, 00:15
Tereza Meyi istefaya çağırdılar!  - «Brekzit»-ə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın (BB) müxaif Leyborist partiyasının lideri Ceremi Korbin ölkənin Baş naziri Tereza Meyi istefa verməyə və növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb - əgər, Avropa İttifaqından çıxmağın final sazişinin müddəaları barədə Brüsellə razılığa gəlmək mümkün olmasa.

«Brekzit bizim ölkəmizin gələcəyinə aiddir və bizim həyati maraqlarımıza toxunur. Əgər siz, Britaniyanın Avropa İttifaqının gömrük ittifaqında qalması «sövdə»si, İrlandiya ilə sərhədin olmaması, iş yerlərinin və standartların saxlanması barədə razılığa gələ bilsəniz - bunu dəstəkləyəcəyik. Əgər siz, bu şərtlər üzrə razılığa gələ bilməsəniz, o zaman bunu edəcək partiyaya yol açmalısınız» - deyə, Korbin partiyanın Liverpulda keçirilən illik konfransında bildirib. Konfrans leyboristlərin saytı ilə translaysiya olunub.

Avropa İttifaqı ilə «Brexit» üzrə danışıqlarda Mühafizəkarlar partiyasının üzləşdiyi böhran davam edir. Bu böhranın nəticəsi Baş nazirin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi ola bilər.

Böyük Britaniya Aİ-nı 2019-cu il martın 29-da tərk edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol