Menu

Tramp Venesuela prezidenti ilə görüşə hazır olduğunu bildirib

27.09.2018, 01:19
Tramp Venesuela prezidenti ilə görüşə hazır olduğunu bildirib

“Əgər Venesuela prezidenti Nikolas Maduro BMT Baş Assambleyası çərçivəsində istəyərsə, görüşməyə hazıram”. “Reuters” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ prezidenti bu ölkədəki vəziyyəti dəyişmək üçün istənilən varianta hazır olduqlarını vurğulayıb: "Venesuelada vəziyyət utandırıcıdır".

Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp hərbçilərin Venesuelada hakimiyyəti qısa müddətə dəyişdirə biləcəklərini və Maduro hakimiyyətinin Venesuela xalqı üçün təhlükəli olduğunu qeyd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol