Menu

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

27.09.2018, 10:49
Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 1999-cu ildə anadan olmuş Aqasi Mkrtçyanın meyiti hərbi hissələrdən birində aşkarlanıb.

O, məlum olmayan səbəbdən ağır yaralanıb və nəticədə ölüb.

Hadisənin səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol