Menu

Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır

27.09.2018, 12:30
Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır

Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.

Trend-in məlumatına görə, bunu 9-cu Azərbaycan-Rusiya regionlararası forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".

Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:

“Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir”.

Şərhlər

t.ədalət 2018-09-27 12:30:21

Müstəqilliyimizin gələcəyi üçün ən böyük təhlükədir.Rus dili Azərbaycanın faciələrinin qapısıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol