Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxıb.
Daha bir əmrlə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, G. Dadaşova 2006-cı ildən Elmi Tədqiqat Kardiologiya İnstitutu, Ürək çatmamazlığı şöbəsində Kardioloq işləyir.



Şərhlər
Kardiologiya institutu berbad bir veziyyetdedir. Bir xestexananin diretoru, maksimum,5 il eyni adam olmalidir.Illerle kreslolarda berkimish insanlarin ishlemeye,yenilik etmeye hevesi olmur.Kardiologiya adlanan ins-tu adlanan bir xes-da adina layiq hechne yox.Suni teneffus aparatina xesteni qosha bilecek bir hekim bele yox,xestelere sidik kateteri qoya bilen tibb bacisi yox,laborotoriya yox.Bir sozle,orada biabirchiliq hokm surur.Yaxshi ki, qonshuluqda 5 sayli xest-na var.analiz uchun,kateter qoymaq uchun ve