"AzPolitika" Qərb mətbuatına istinadla xəbər verir ki, Pyotr Poroşenko ilə Rusiyanın "Rossiya" kanalının müxbiri arasında insident yaşanıb. Belə ki, Ukrayna prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış üçün zala daxil olarkən, rusiyalı jurnalist ona yaxınlaşaraq, sual vermək istəyib.
Bu zaman Poroşenko ona yaxınlaşan jurnalisti sualını sonadək səsləndirməyə imkan verməyib. Müxbirin əlindən tutan Ukrayna prezidenti deyib ki, Rusiya televiziyaları "feyk-nyus", yəni yalan, saxta məlumat yaymaqla məşğuldurlar: " Rusiya telekanallarına heç bir müsahibə olmayacaq, çünki siz dezinformasiya yayırsınız..."
KİV-lər bildirirlər ki, Poroşenko Assambleyanın iclası zamanı səhvən Rusiyaya aid otağa girsə də, dərhal oranı tərk edib. Rusiyanın xarici işlər naziri isə bu zaman zarafatla Poroşenkonun "tualet axtardığını" desə də, bu, uğursuz zarafat kimi qiymətləndirilib, çünki söhbət Rusiya nümayəndələrinə ayrılan otaqdan gedirdi...
Xatırladaq ki, sözügedən iclasda Ukrayna prezidenti Rusiyaya qarşı sərt çıxışı ilə yadda qalıb və BMT-nin Donbass vilayətinə sülhməramlı qüvvələr yeritməli olduğunu bildirib.


Şərhlər
lavrovun agzi acilanda hemishe tualetin iyi gelir