Menu

“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq

28.09.2018, 14:23
“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq

Premyer Liqanın I turundan təxirə salınan “Qarabağ” - “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.

Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan ağdamlılar 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb.

Şərhlər

KİRVƏ 2018-09-28 14:23:59

En az qol buraxan komanda hansidir? Ecaba...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol