Menu

POLİS ŞÖBƏSİNDƏKİ ÖLÜM İŞİNƏ GÖRƏ MAYOR SAXLANILDI - Rəsmi  məlumat

28.09.2018, 15:27
POLİS ŞÖBƏSİNDƏKİ ÖLÜM İŞİNƏ GÖRƏ MAYOR SAXLANILDI - Rəsmi  məlumat

Azərbaycan Respublikası Baş Prokurorluğu Qazaxda baxş verən ölüm işi ilə bağlı növbəti dəfə məlumat yayıb. Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda xatırladılıb ki, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi,  mayor İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Kəmalə 2018-09-28 15:27:24

Əsasən məsuliyyətə skoc ləqəbli işgəncələr krali polis rəisi Ədaləti cəlb edib onun paqonlarin sokməli və camaata etdiyi üsulla özunu cəzalandirmaq lazimdir ki o birilərinə də dərs olsun.Yoxsa eşəyə güclər çatmır palani döyəcləyirlər.Bu nə deməkdir bununla nə demək istəyir DİN-nin əməkdaşlari.Bunlar hamisi bir məqsədə xidmət edir xalqi üsyana qaldirmaq.Dovlətə xidmət edsn məmurlar xalqa qarsi bu qədərliq bunu deməyə əsas verir.

İlqar Rusiyalı 2018-09-28 15:27:24

... Hansı sahəyə baxırsan qanunsuzluq, özbaşınalıq, xaos, korrupsiya, rüşvətxorluq, yerlibazlıq, qohumçuluq və sair coxsaylı cinayətlər tuğyan edir.

İ.Mustafaoğluna-XX 1-dən 2018-09-28 15:27:24

Onun tutulmasını İmitasiya dövləti-YAPİZM imitasiya edir. Əgər tutulmalı olsaydı 1-ci olaraq polisin o sukası tutulmalıdır. Hansı ki, onun üstündə o rəhmətliyi döyüb öldürdülər.

Yamen 2018-09-28 15:27:24

Ay blin nevede demokratik azerbaycanimiz var!!!!

İ.Mustafaoğlu 2018-09-28 15:27:24

Dövlətimizin qanunlarına riayət etməyən hər hansı məmur haqqında ciddi cəza tədbiri görülməlidir ki, başqasıda özü üçün görülən tədbirdən nəticə çıxartsın....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol