Menu

ABŞ-da saxlanılan qədim abidə İrana qaytarılıb

28.09.2018, 16:35
ABŞ-da saxlanılan qədim abidə İrana qaytarılıb

ABŞ-da saxlanılan 2500 illik qədim abidə İrana qaytarılıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edəndən sonra Tehrana dönən İran prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran millətinin varidatı olan bu qədim abidəni bir neçə il bundan əvvəl başlamış ağır məhkəmə çəkişməsindən sonra vətənə qaytarmaq mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol