«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, çümə günü Rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra, Suriyanın xarici işlər naziri Valid Müəllim bəyan edib ki, ölkəsi Rusiyadan S-300 raket əleyhinə müdafiə kompleksi (RƏM) almağa ümidlidir. Üstəlik S-400 də almaq istərdi.
Xatırladaq ki, sentyabrın 17-də Suriya hava-hücumundan müdafiə (HHM) qüvvələri Aralıq dənizi üzərində Rusiyanın İl-20 iəyyarəsini vurub. Rusiya müdafiə nazirliyi bunun məsuliyyətini İsrailin üzərinə qoyub və bildirib ki, İsrail pilotları İl-20-i «suriyalıların hədəfinə çeviriblər».
İnsident anında İsrail təyyarələri Suriya ərazisini bombalayıbar, ancaq əməliyyat barədə Rusiya tərəfi vaxtında xəbərdar etməyiblər.
İsrail isə bu ittihamı qəbul etmir və məsuliyyəti suriyalıların üzərinə atır. Bunun ardınca, Rusiya hakimiyyəti Suriyaya S-300 kompleksləri göndərmək qərarına gəlib.


Şərhlər