Menu

Çindən İrana dəstək

29.09.2018, 10:39
Çindən İrana dəstək

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin digər dövlətlərin İranla iqitsadi münasibətlər qurmaq və ticarət aparmaq üzrə qanuni hüquqlarına hörmətlə yanaşmağın qaçılmaz olduğunu bəyan edir. Bu barədə, Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik şurasının (TŞ) iclasında bəyan edib.

«Son 3 ilin olayları göstərir ki, İranın nüvə məsələsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) həyati qabiliyyətli sazişdir. Çin İranı bundan sonra da saziş üzrə özünün bütün öhdədikdərini yerinə yetirməyə çağırır. Eyni zamanda, bütün dövlətlərin İranla ticari-iqtisadi münasibətlər qurmaq istiqamətində qanuni hüquqlarına hörmətlə yanaşmağın qaçılmaz olduğunu bildirir» - deyə, Van İ bəyan edib.

Çinli nazir qeyd edib ki, BHFP nüvə silahının yayılmaması üzrə beynəlxalq rejimə, Yaxın Şərqdə sülhə və sabitliyə kömək edir. O, bütün tərəfləri uzunmüddətli perspektivdən çıxış etməyə və sazişin tamlığını təmin etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol