Menu

ABŞ Əsədə ultimatum verdi

29.09.2018, 22:46
ABŞ Əsədə ultimatum verdi

Əgər Suriya hökuməti yeni konstitusiya layihəsi üzərində işləməkdən imtina etsə, ABŞ tərəfdaşları ilə birlikdə bu ölkəyə qarşı sərt sanksiyalar irəli sürəcək.Bunu “Reuters”ə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

“Əgər rejim bunu etməsə, biz onlarla 2015-ci ildə İranla davrandığımız kimi hərəkət edəcəyik”, - Ceffri bildirib.

Diplomat əlavə edib ki, ABŞ “təcrid siyasəti”ni də tətbiq edə bilər.

“Əgər BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləməsə, biz bunu Avropa Birliyi və asiyalı tərəfdaşlarımız vasitəsilə edəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol