Menu

Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirir

30.09.2018, 23:26
Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirir

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib."Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşıb və görüş millimizin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Komanda bu qələbə sayəsində xallarının sayını 12-yə çatdırıb və olimpiadada liderliyini davam etdirir. İkinci pillədə Polşa, üçdə isə ABŞ qərarlaşıb. Onların müvafiq olaraq 12 və 11 xalları var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol