Menu

Əlibəyli atəş altında

04.08.2014, 09:33
Əlibəyli atəş altında

Təmas xəttindəki kənddə atışma gecə daha da şiddətlənib

Hərb Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndi eməni hərbi birləşmələri tərəfindən 1 saata yaxın atəşə tutulub.

Tovuz Rayon İcra Hakimiyətindən ANS PRESS-ə verilən məlumata görə, atışma gecə saatlarında daha da kəskinləşib.

Bildirilib ki, atışma zamanı kənd sakinlərindən ölən yaralananın olmayıb. Hərbçilərimiz arasında da xəsarət alanın olmadığı bildirilir.

Hazırda kənddə sakitlik höküm sürür. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol