Menu

Ermənilər 14 yaşlı qızı vurdu

04.08.2014, 09:42
Ermənilər 14 yaşlı qızı vurdu

14 yaşlı qız öz həyətlərində erməni gülləsinə tuş gəlib

Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol