“Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır”.
“Report”un xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin oktyabrın 1-də keçirilən ilk plenar iclasında deyib.
O qeyd edib ki, Araz Əlizadə indiki çıxışları ilə keçmişini unutdura bilməz, onun hara bağlı olduğunu hər kəs yaxşı bilir: “Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovla əlaqəsi, 1990-cı illərdə parlamentdəki çıxışlarını yaxşı xatırlayırıq”.
Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq deyib ki, bir-birinizə qarşı dözümlü olun: “Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”.


Şərhlər
Duz deyir Oqtay.Bir birinizin paxirin acmayin.Yoxsa hansi milletin vekili oldugunuz belli olar
Bəli, ölkədə Araz Əlizadəni hamı yaxşı tanıyır, amma onun parlamentdə oturması kimi bir təhqiri anlaya və həzm edə bilmirik!
Azərbaycan dövlətçiliyinə düşmən olan Araz Əlizadələrin,Arif Rəhimzadələrin Paerlamentdə əyləşməsi xalqımıza təhqirdir.Açıq-aşkar Rusiyaya xidmət edən,müstəqilliyimizin süqutu üçün dəridən-qabıqdan çıxan Araz əlizadələr haqqında vətənə xəyanət maddəsi tətbiq edilməlidir.Biz öz parlamentimizdə Araz Əlizadələrə həddini göstərə bilmiriksə,onda Dağlıq Qarabağı necə azad edəcəyik?
Belə insanın millət vəkili seçilməsi bu millətə təhqirdir
Bunun baxış bucağından bu millətə lazımdı?neciyədi???