Menu

Xaricə 316 mln dollarlıq meyvə-tərəvəz satıldı

01.10.2018, 16:22
Xaricə 316 mln dollarlıq meyvə-tərəvəz satıldı

Azərbaycan Respublikasından ixrac edilən qeyri-neft sektoruna aid bəzi malların ixracının nə qədər artıdığı açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə , 2018-ci ilin yanvar-avqust ayları ərzində ixracı ən çox artan məhsul pambıq lifi olub, belə ki pambıq lifi 2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artaraq 57,7 mln dollar təşkil edib.

Pambıq lifində bu qədər artım olarkən, pambıq iplik sadecə 35% artımla 14,4 mln dollar olub. Elektrik enerjisinin ixracı isə 65% artaraq 59,6 mln dollar olub. Plastmasssa və onlardan hazırlanan məmulatlar 2018-ci ilin yanvar-avqust aylarında ötən ilə nisbətən 22% və ya 24 mln dollar artaraq 90 mln dollar olub. Ən az artım meyvə-tərəvəz məhsullarında müşahidə olunub, bu məhsullar 17% və 46 mln dollar arataraq 316 mln dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol