Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib.Qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb.
Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə məlumat verib.
Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir.
1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.


Şərhlər
Demiryolcu ,qatar ile yol kesiwmelerde qatar olsun olmasin suruxu stopelemelidi!!!
Гезайа себеб гатарын суручусуду ачиг корунур. Автобус не билсин ки гатар беле суретле гесебенин ичинде херекетдедир. Бирде йолда ахи ачыгди беле мунафизе олар. Харда олуб уола бвхан..