“Ermənistan baş naziri Nikol Paşinyan nə deyirsə, daxili auditoriyaya hesablanıb. Paşinyan Azərbaycanın gücünü bilir, Prezidentimizi də çox yaxşı tanıyır, onun hansı intellektə və gücə malik olduğunu anlayır. Sadəcə, o hesab edir ki, Ermənistanda seçkilər keçiriləcək, onun təmsil etdiyi partiyanın qalib gəlib-gəlməyəcəyi bilinmir. O, vəziyyətdən istifadə edərək daxili auditoriyanı hazırlamaq və onu öz tərəfinə çəkmək üçün xal qazanmaq istəyir”.
“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker qeyd edib ki, Paşinyanın destruktiv bəyanatları qəbul edilə bilməz: “Birləşmiş Millətlət Təşkilatının tribunasını küçə nümayişinə çevirmək olmaz. Küçədə, nümayişdə hər hansı söz deyə bilər. Amma BMT-nin tribunasından küçədə deyilənləri təkrar etmək heç bir dövlət rəhbərinə başucalığı gətirməz. Mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları azad olunmalıdır. Bu, müzakirə obyekti deyil. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, o, bütün layihələrdən kənarda qalacaq. Ermənistanda vəziyyət yenə də iqtisadi iflic vəziyyətində olacaq. Ermənistan bu vəziyyətdən heç vaxt çıxa bilməyəcək. Hər bir halda gec onların fikirləşməyə vaxtı var”


Şərhlər
AYƏ NECƏ ADAMSAN SƏN HEÇ OLMASA DANIŞMA AYIBDIR. iNSANDFA ABIR HƏYA OLAR. DÜMƏN ÖLKƏ TORPAĞIMIZI UZUN İLLƏRDİİR İŞĞAL EDİB BİR GƏND BELƏ DEYƏSƏN QAYTARMAYIB SƏN HƏLƏ ÖZ AMPULANDASAN. ALLAH SƏNƏ BİR AĞIL VERSİN.
Sən yaxşı sabinlanırsan ancaq xalq ayılıb artıq sənin kimiləri yaxşı tanıyır. Sən kimilərin vaxtına asz qalıb. Bu qədər milləti talamaq aldatmaq, yalan uydurmalar uydurmaq artıq gecdir. Ona görə neht milyardlarını yemisiniz burnunuzdan gəlsin,raşvət korrupsiya iıə milləti soymusunuz yenə də burnunuzdan gəlsin qan qusun, millətin var dövlətini talan etmisiniz yenə də haramınız olsun. Ancaq torpaq alınmalıdır.
BESDIRIN BOW BOW DANIWDINIZ...25 ILDE GOR FIKIRLEWSINLER.ATETIN DE SESI CIXMIR.YALANDAN SULHU,DANIWIQLARI IMITASIYA EDIRSINIZ.GIQALARA GUCUMUZU MUHARIBEDE GOSTERMELIYIK.HAYDI IRELI
Məgər Ermənistanda da seçkilər bizdəki kimi "keçirilmir?" Bir də ki,bu Ziafədin görəsən ali təhsili var?Bunlar nə vaxta vqədər dediklərini dərk etməyəcəklər?
Görerek bu sizler ne sefer davam edecek.100 IL yoxsa 200 IL ???
yaxşı tanısa idi meydan oxumazdı
ne qeder yalan olar,ermeni qarabagda meskunlawir,qurub yaradir,sizse nagil daniwirsiniz.ne qeder bow-bow daniwmaq olar.ermeni eskeri eyile-eyile gezmir,o bize meydan oxuyur, biz ise lazimi goleyirik,lazim ise coxdan geberib,bizim qarabag wehid ve qazilerine munasibetimizi gorub ureyi partlayim lazim kiwinin........
........ da bəə.
Torpağı almaq lazımdır. Müharibə etmək lazımdır sizə kreslo qorumaq yox. Onsuz da kasıblar və balaları vuruşacaq. Sən dediklərin 25 ildir min dildə deyilib ortada heç nə yox. Düşmən isə kasıb ölkə torpağımızın yarsını alıb və özəlləşdirib danışmağa haqqı və dili də var. Fakt budur. Başqa heç nə yoxdur. Bundan sonra sən və sizin danışmağa......
Bu ölkədə boşboğazların sayı çox artıb.Ay Ziyafət ( qonaqlıq) əkə, Paşinyan bizim Prezidenti necə yaxşı tanıya bilər? Həmyaşıd deyil,birlikdə olmayıblar,bir universitetdə oxumayıblar.birlikdə məzuniyyətdə olmayıblar, indiyə qədər olan Ermənistan-Azərbaycan görüşlərində iştirak etməyiblər və digər görüşləri olmayıb.
Yaltaqlananda da elə et ki,bir az bənzədəcək hal olsun da!
Özünə hörmət etmirsən.prezidentə hörmət et.Ayıbdır axı!Paşinyan möhtərəm prezideti necə yaxşı tanıya bilər?