Menu

«Skripalları zəhərləyən Çepiqa Yanukoviçi də Rusiyaya qaçırıb» - Buna görə "Rüsiya qəhrəmanı" adını alıb!

02.10.2018, 13:34
«Skripalları zəhərləyən Çepiqa Yanukoviçi də Rusiyaya qaçırıb»  - Buna görə "Rüsiya qəhrəmanı" adını alıb!

Britaniyanın Solsberi şəhərində Rusiya silahlı qüvvələri Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi yeni-yeni sensasiyalı təfərrüatlarla gündəmə gəlir.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məşhur «Araşdırmaların idarə olunması mərkəzi»nin sabiq jurnalisti Sergey Kanev bəyan edib ki, Rusiya kəşfiyyatının (BKİ) polkovniki Anatoli Çepiqa (o həm də Ruslan Boşirovdur) Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Rusiyaya qaçırılması əməliyyatına rəhbərlik edib.

«Çepiqa-Boşirov Yanukoviçin Rusiyaya təxliyyə olunmasında iştirak edib. O, özünün xüsusi təyinatlı bölməsi ilə Yanukoviçin rezidensiyasına - «Mejiqoriye»yə gəlib, orada olub və Yanukoviçi mühafizə edib. Onlar eks-prezidenti Krıma gətiriblər və oradan Rusiyaya yola salıblar» - deyə, özəl mənbəyə istinad edən Kanev danışıb.

Jurnalistin sözlərinə görə, məhz bu əməliyyata görə, Çepiqa «Rusiya qəhrəmanı» fəxri adını alıb. Kanevin sözlərinə görə, Yanukoviçin qaçırılması əməliyyatına görə, daha birisi - Putinin keçmiş mühafizəçisi Aleksey Dyümin də «Rusiya qəhrəmanı» fəxri adına layiq görülüb.

«Mənə o da məlumdur ki, Yanukoviçin təxliyyəsinə görə, digər şəxslər - sonradan «Vaqner» özəl hərbi şirkətin nüvəsini təşkil edənlər də təltif olunublar».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol