Menu

Mayk Pompeo və Kim Çen Inın yeni görüş tarixi açıqlanıb

03.10.2018, 08:28
Mayk Pompeo və Kim Çen Inın yeni görüş tarixi açıqlanıb

ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 7-də Şimali Koreyanın lideri Kim Çen Inla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən "Franc Press" məlumat yayıb.

Görüş Şimali Koreya ərazisində keçiriləcək.

Bundan əvvəl Pompeonun Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin sürətləndirilməsi üçün Pxenyana səfər edəcəyi bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol