Menu

Məşhur tikinti şirkətinin sədri dəyişilir - İCLAS

03.10.2018, 16:11
Məşhur tikinti şirkətinin sədri dəyişilir - İCLAS

"Qaradağ" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyində aşağıdakı məsələlər olacaq:

1.Müşahidə Şurasının Sədri İsayev Tofiq Həbib oğlunun ərizəsinə baxılması haqqında.

2.Müşahidə şurasına yeni Sədrin seçilməsi haqqında.

İclas 5 noyabr 2018-ci ildə saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu , Qızıldaş qəsəbəsində “Qaradağ” ASC-nin inzibati binasında olacaq.

Qeyd edək ki, "Qaradağ" ASC, tikinti -inşaat işlərində geniş istifadə olunan standart (19x19x39sm) və sifarişə əsasən istənilən ölçüdə mişar (əhəng) daşı və blokları, üzlük plitələri istehsal edən, muasir standartlarına uyğun texnoloji avadanlıqlarla və texnika ilə təchiz olunmuş və ölkəmizdə ən böyük yeraltı əhəng daşı ehtiyatlarına malik bir müəssisədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol