Menu

Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb

03.10.2018, 20:39
Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb

Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olan hərbçilərinin qalma müddəti daha bir il uzadılıb.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

Qeyd edək ki, 2014-cü ildə ölkə parlamenti ordunun xarici ölkələrə göndərilməsinə və əcnəbi hərbçilərin Türkiyə ərazisində yerləşdirilməsinə imkan verən qərar qəbul etmişdi. Türkiyə ordusunun xaricə göndərilməsi birillik mandat əsasında həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol